• Qərb
  • 22 May 21:31
  •  4 073

İlan Şor: Mənim məqsədim Moldovanın baş naziri olmaqdır

Moldova müxalifətinin lideri İlan Şor 2024-cü ilin payızında keçirilməsi planlaşdırılan prezident seçkilərindən sonra ölkənin baş naziri olmaq niyyətini açıqlayıb.

Siyasətçi bu barədə, müsahibəsində bildirib.

"Mənim məqsədim Moldovanın baş naziri olmaq , bərpa etmək, zəngin və xoşbəxt ölkə qurmaqdır",-deyə o,qeyd edib.

Onun sözlərinə görə, prezident seçkilərində müxalifətin qalib gələcəyinə əmindir. Eyni zamanda, siyasətçinin özü də respublika qanunvericiliyi ilə müəyyən edilmiş 40 yaş həddinə uyğun olmadığı üçün dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürə bilməz.

Qeyd olunur ki, Moldova parlamenti növbəti prezident seçkilərini oktyabrın 20-nə təyin edib. Həmin gün Moldova prezidenti Maia Sandu tərəfindən təklif edilən ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendum keçiriləcək.

Mövsüm

Aznews.az