• Qərb
  • 13 İyun 13:46
  •  3 418

Macarıstan gündəlik 1 milyon avro cərimələnib

Avropa İttifaqının ali məhkəməsi Macarıstanı blokun sığınacaqla bağlı qanunlarına əməl etmədiyi və immiqrantları qeyri-qanuni deportasiya etdiyi üçün 200 milyon avro və gündəlik 1 milyon avro məbləğində cərimələyib.

Məhkəmə, cərimənin Budapeştin 2020-ci ildə sığınacaq axtaranlar üçün beynəlxalq prosedurlara riayət etməli olduğuna dair qərarına baxmayaraq, Aİ qanunlarına əməl etməkdən "qəsdən yayındığı" üçün tətbiq edildiyini bildirib.

Baş nazir Orban qərarın "qəbuledilməz" olduğunu bildirib.

Mövsüm

Aznews.az