• Qərb
  • 24 İyun 14:20
  •  3 089

Makron ölkəsini "Frexit" astanasına gətirdi

Avropa (Aİ) Brexit üzrə baş müzakirəçisi Mişel Barnier Britaniyanın “The Telegraph” qəzetinə açıqlama verib.

Barnier ölkəsində keçirilən Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçıların böyük fərqlə birinci olmasından sonra Makronun parlamenti buraxmaq və erkən seçkilər təyin etmək qərarını dəyərləndirib.

"O (Makron- Red), Fransanı "Frexit"in astanasına gətirdi"

Barnier bildirib ki, kitabının birinci fəslində o, "Brexit-dən heç bir dərs alınmazsa, digər ölkələrin də Aİ-ni tərk edə biləcəyi" xəbərdarlığını edib.

O, Makronun buna məhəl qoymadığını və ölkəni “Frexit”in astanasına gətirdiyini iddia edib.

Fransanı AB Komissiyasında təmsil edən və AB adından Brexit danışıqlarını aparan Barnier, “immiqrasiya, təhlükəsizlik vəziyyəti, dövlət hakimiyyəti və ölkənin ən yoxsul təbəqələrinə hörmət və onların inkişafı ilə bağlı bu xəbərdarlıqdan təəssüfləndiyini söylədi".

İngiltərədəki vəziyyət Fransada da ola bilər

Çox yoxsul bölgələrdəki insanların düşündüklərinin nəzərə alınması lazım olduğunu vurğulayan Barnier, bu vəziyyətin İngiltərənin Brexit səsverməsinə böyük təsir etdiyini və eyni şeyin Fransada da ola biləcəyini ifadə etdi.

İfrat sağçı Milli Ralli (RN) partiyasının liderləri Jordan Bardella və Marine Le Penin "anti-Avropa" olduqlarını iddia edən Barnier, "anti-Avropa niyyətlərini qulaq ardı etmək olmaz",- deyə xəbərdarlıq edib.

Mövsüm

Aznews.az