- Qərb
- 10 Sentyabr 21:47
- 3 410
Budapeşt Brüsselə miqrantlarla dolu avtobuslar göndərməklə hədələyir
Əgər miqrantlar Budapeştə gəlməyə başlasalar, ölkə hakimiyyəti onlarla birlikdə Brüsselə avtobuslar göndərəcək.
Macarıstanın baş nazirinin ofisinin rəhbəri Qergeli Qulyas Avstriyanın "YouTube"-da dərc olunan OE24 kanalına müsahibəsində bu barədə danışıb.
"Əgər miqrantlar gəlsə, bunu edəcəyik",-deyə o, qeyd edib.
Qulyas Avropadakı miqrantlarla bağlı məsələnin fonunu xatırladıb. O, bildirib ki, 2015-ci ildə Budapeşt Avropa İttifaqında (Aİ) ilk dəfə olaraq tranzit zonalar sistemi hazırlayıb. “Bu o deməkdir ki, sığınacaq axtaran şəxslər sığınacaq verilməsi ilə bağlı məhkəmə qərarını gözləməli olublar və yalnız bundan sonra ölkəyə daxil ola bilərlər. "Mən inanıram ki, bu, sərhədlərimizə miqrant axınına effektiv şəkildə nəzarət edə biləcək yeganə sistemdir".
Mövsüm
AzNews.az