- Qərb
- 31 Oktyabr 16:21
- 2 153
Politico son 30 ildə ABŞ-ın Avropaya marağının azaldığını bildirdi
ABŞ-nin Avropaya marağı son 30 ildə azalmaqdadır və noyabrda ABŞ-də keçiriləcək prezident seçkiləri də bu tendensiyanı dəyişməyəcək.
Bu barədə “Politico” qəzeti yazıb.
“Xoşagəlməz həqiqət ondan ibarətdir ki, Amerikanın Avropaya marağı son 30 ildə azalıb. Və çətin ki, hər iki namizəd 1990-cı illərin əvvəllərindəki transatlantik çiçəklənmə dövrünü qaytara bilsin”, – məqalənin müəllifi Nikolas Vinokur qeyd edib.
ABŞ prezidentliyinə iki namizədi müqayisə edərək əlavə edir ki, demokrat Kamala Harrisin qələbəsi Avropa ölkələri üçün Respublikaçı namizəd Donald Trampın Ağ Evə qayıtmasından daha faydalı olardı. Harrisin güc siyasətinə hazır olmaması və risk etmək istəməməsi bir çox amerikalıları özündən uzaqlaşdırır. Çünki Harrisin dövründə Vaşinqton Kiyevi dəstəkləməyə davam edəcək, lakin son nəticədə yenə də Ukraynanı Rusiya ilə razılaşmaya sövq edəcək və bu, çox da uzaq olmayan gələcəkdə baş verə bilər.
Mövsüm
AzNews.az