• Qərb
  • 17 Fevral 21:30
  •  4 133

Avstriyada qan donduran hücum: 7 nəfəri bıçaqladı, oturub güldü

Avstriyanın Villax şəhərində küçədə insanlara bıçaqla hücum edərək 1 nəfəri öldürən, 6 nəfəri yaralayan təcavüzkar saxlanılıb.

Hücum nəticəsində 14 yaşlı gəncin öldüyü bildirilib.

Xarici vətəndaş olduğu deyilən təcavüzkar 7 nəfəri bıçaqladıqdan sonra polis qrupları onu mühasirəyə alarkən oturub gülərkən görüntülənib.

Avstriya rəsmiləri hadisə ilə bağlı terror təhqiqatına başlayıb. İstintaq çərçivəsində təcavüzkarın keçmişi və motivləri araşdırılıb.

Avstriya Daxili İşlər Nazirliyi hücumçunun İŞİD terror təşkilatına bağlı olduğunu və internet vasitəsilə radikallaşmaqda şübhəli bilindiyini açıqlayıb.

Mövsüm

Aznews.az