- Qərb
- 16 May 22:03
- 1 007
Von der Leyen: “Şimal axını” Sanksiya Hədəfindədir

Avropa İttifaqı (Aİ) “Şimal axını”na da təsir edəcək yeni anti-Rusiya sanksiyaları hazırlayır.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen məlumat verib.
Aİ-nin enerji sektorunda məhdudiyyətlər də daxil olmaqla Rusiyaya iqtisadi təzyiqi artırmaq niyyətində olduğu vurğulanır.
"Biz təzyiqi artırmalıyıq. Ona görə də biz yeni sanksiyalar paketi üzərində işləyirik. O, məsələn, "Şimal axını" ilə bağlı sanksiyaları əhatə edəcək", - Ursula von der Leyen X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində dərc olunan videomüraciətində bildirib.
Mövsüm
Aznews.az