Qəzzada ölənlərin sayı 53 119 nəfərə çatıb

İsrail ordusunun hücumlarını intensivləşdirdiyi Qəzza zolağında ölənlərin sayı artır.

Bölgədə yaşayan dinc sakinlər çətin şəraitdə sağ qalmağa çalışarkən, aclıq və susuzluqla da mübarizə aparırlar.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda İsrailin hücumları nəticəsində 108 nəfərin həyatını itirdiyi, 216 nəfərin isə yaralandığı bildirilib.

Əvvəlki hücumlarda ölən daha bir nəfərin cəsədinin tapıldığı da bildirilib.

Belə ki, İsrailin atəşkəsi birtərəfli qaydada pozduğu martın 18-dən bu yana həyatını itirənlərin sayının 2985-ə, yaralıların sayının isə 8173-ə yüksəldiyi bildirilib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən hücumlarına başladığından bu yana ümumi can itkisinin 53 min 119 nəfərə, yaralı sayının isə 120 min 214 nəfərə yüksəldiyi qeyd edilib.

Mövsüm

Aznews.az