FT: Aİ qaz ehtiyatlarına daha 10 milyard avro xərcləməyə məcbur olacaq

Aİ ölkələri 2025-ci ildə soyuq qışdan sonra qaz anbarlarını doldurmaq üçün 10 milyard avro daha çox xərcləməyə məcbur olacaqlar.

Bu barədə "Financial Times" məlumat yayıb.

Hesabatda deyilir: "Aİ qışdan əvvəl qaz anbarını doldurmaq üçün keçən illə müqayisədə ən azı 10 milyard avro xərcləməli olacaq, çünki dörd ildə ilk soyuq mövsüm ehtiyatları əhəmiyyətli dərəcədə tükəndirib".

Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Aİ “soyuq aylarda fasilələrin qarşısını almaq üçün” hər yay qaz anbarlarını 90% tutumla doldurmağa razılaşıb.

Mövsüm

Aznews.az