- Qərb
- 14:34
- 893
Aİ Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib
_copy.jpg)
Avropa İttifaqının (Aİ) Xarici İşlər nazirliklərinin rəhbərləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyiblər.
Aİ diplomatiyasının rəhbəri Kaja Kallas bu barədə mayın 20-də X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Kallas bildirib ki, Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini qəbul edib və bu, digər məsələlərlə yanaşı, Brüsselin Rusiya Federasiyası ilə əlaqələndirdiyi 200-ə yaxın kölgə donanma gəmisinə də təsir edir. O qeyd edib ki, yeni tədbirlər hibrid təhdidlərə qarşı mübarizəyə və ş insan hüquqlarının qorunmasına yönəlib.
Diplomatiya rəhbəri həmçinin əlavə edib ki, “yeni sanksiyalar artıq hazırlanır”.
Mövsüm
Aznews.az