- Qərb
- 14:43
- 969
Avropa Kiyevin Aİ-yə daxil olmaq üçün “ev tapşırığını” tamamladığını elan etdi

Ukrayna öz tapşırığını yerinə yetirib və Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlara başlamağa hazırdır.
Bunu genişlənmə üzrə Avropa komissarı Marta Kos deyib.
O qeyd edib ki, Ukraynanın Aİ-yə inteqrasiyası sülh danışıqları başladıqdan sonra təhlükəsizliyin təmin edilməsində mühüm aspektə çevriləcək. Kos vurğulayıb ki, bu, təkcə Ukrayna tərəfinin deyil, bütövlükdə bütün Avropanın təhlükəsizliyinə aiddir.
"Ukrayna öz tapşırığını yerinə yetirdi, ona görə də o, danışıqların ilk fundamental klasterini açmağa hazırdır", - Kos Aİ xarici işlər və müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü başlamazdan əvvəl deyib.
Mövsüm
Aznews.az