- Qərb
- 29 May 20:28
- 2 727
Cənubi Koreya tankları ilk dəfə Polşada təlimlərdə iştirak edir

Polşanın Cənubi Koreyadan aldığı "K2 Black Panther" tankları ilk dəfə olaraq sudan keçid manevrlərində iştirak edib.
Bu barədə Polşanın "Polska zbrojna" jurnalı məlumat yayıb .
Təlimlərdə Polşa ordusunun 20-ci mexanikləşdirilmiş briqadasının bölmələri iştirak edib. Onlara cəlb olunan K2 tanklarının sayı barədə məlumat verilmir. Jurnalın məlumatına görə, tanklar təxminən 4 m dərinlikdə dibi su ilə dolu maneəni keçiblər.
Mövsüm
Aznews.az