- Qərb
- 5 İyun 18:18
- 1 343
Kiyevdə qumbara partlayıb: yaralananlar var

Kiyev vilayətinin Belotserkovski rayonundakı Skvira şəhərində qumbaranın partlaması nəticəsində 3 nəfər yaralanıb.
Bu barədə vilayət polisinin Telegram kanalında məlumat verilib.
“Partlayış nəticəsində, üç nəfər bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib”, - nəşr yazır.
Polisin şübhəlini hadisə yerində saxladığı dəqiqləşdirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirirlər.
Mövsüm
Aznews.az