• Qərb
  • 17 İyun 19:27
  •  1 050

AK 2027-ci ilin sonuna qədər Aİ ölkələrinin Rusiyadan qaz almasına qadağa qoyulmasını təklif edir

Avropa Komissiyası (AK) 2027-ci ilin sonuna kimi Rusiyadan boru kəməri və mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qadağa qoyulmasını təklif edib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

“Çərşənbə axşamı Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Rusiya qazının və mayeləşdirilmiş təbii qazın (LNG) Aİ-yə idxalına hüquqi cəhətdən məcburi qadağa qoyulmasını təklif edib”, - nəşr yazır.

Agentlik qeyd edib ki, bu ilin sonuna qədər imzalanmış müqavilələrə əsasən, bu növ Rusiya yanacağının idxalı 2026-cı il yanvarın 1-dən qadağan ediləcək. Həmçinin 2028-ci il yanvarın 1-dən uzunmüddətli müqavilələr üzrə idxal qadağan ediləcək.

Reuters-in məlumatına görə, bu hərəkətlər Avropa İttifaqında (Aİ) Rusiyadan gələn qazın istifadəsinə son qoyacaq.