- Qərb
- 13:34
- 869
Kaliforniyada güclü meşə yanğını baş verib

Kaliforniyada baş verən kütləvi meşə yanğını 21 min hektar ərazini əhatə edib və bu, yerli sakinlərin təxliyə edilməsinə qərar verib.
Bu barədə ABC məlumat yayıb.
"Bu il Kaliforniyada ən böyük yanğına çevrilən yanğın Los Padres Milli Meşəsinin 166-cı şossesi yaxınlığındakı kənd ərazisində davam edir", - telekanal hökumət rəsmilərinə istinadən xəbər verir.
Xilasedicilərin 24 saat ərzində yanğının yalnız 5%-ni lokallaşdırdığı bildirilir. Bununla əlaqədar hakimiyyət orqanları 166-cı magistral yolu bağlayıb və yerli sakinləri təxliyə ediblər.
Mövsüm,
AzNews.az