- Qərb
- 14:15
- 744
Almaniya XİN : Çin ordusu Qırmızı dənizdə Alman təyyarəsini lazerlə hədəfə alıb

Aİ-nin Aspides dəniz missiyası zamanı Çin hərbçilərinin Qırmızı dənizdə alman təyyarəsini lazerdən istifadə etməsindən sonra Almaniya Çin səfirini çağırıb.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
Çin hərbçilərinin əməliyyat çərçivəsində bir alman təyyarəsini məhv etmək üçün lazer sistemindən istifadə etdiyi vurğulanır.
"Alman heyətini təhlükəyə atmaq və onların yerləşdirilməsinə müdaxilə etmək tamamilə qəbuledilməzdir. Çin səfiri bu gün [Xarici İşlər Nazirliyinə] çağırılıb", - bəyanatda deyilir.
Mövsüm,
AzNews.az