- Qərb
- 17:41
- 739
İspaniyada öküz qaçışı zamanı 8 nəfər xəsarət alıb

İspaniyanın Pamplona şəhərində keçirilən San Fermin festivalı dəhşətli anlara səhnə olub.
Bayram şənlikləri çərçivəsində keçirilən öküz qaçışı zamanı öküzlərdən biri tədbir iştirakçılarına hücum edib.
San Fermin festivalının ikinci günündə baş verən hadisədə 8 nəfər yaralanıb.
Pamplonada hər il keçirilən öküz qaçışında heyvanlar əvvəlcə küçələrə buraxılır və 3 dəqiqə davam edən tədbirdə təxminən 4000 adam öküzlərlə 850 metr məsafədə keçiriləcək arenaya doğru qaçır.
Mövsüm,
AzNews.az