- Fanat
- 22 Dekabr 23:01
- 1 447
"Naxçıvan"ın baş məşqçisi: "Ordu" ilə oyuna yaxşı başlasaq da, yekunda pis nəticə göstərdik"
"Naxçıvan" "Ordu" ilə oyuna yaxşı başlasa da, yekunda pis nəticə göstərib.
Aznews.az xəbər verir ki, bunu "Naxçıvan"ın baş məşqçisi Nikola Bozinoski klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasının XI turunda "Ordu"ya məğlub olduqları qarşılaşma (64:86) ilə bağlı fikirlərini bölüşüb:
"Oyuna yaxşı başlasaq da yekunda çox pis nəticə göstərdik. Müəyyən dəqiqələrdə xal qazanmaqda çox çətinlik çəkdik. Çox pis üçlük faizi ilə çıxış etdik. Hər matç rəqibin iki oyunçusunu dayandıra bilmirik. Rəqib komanda hesabda önə keçdikdən sonra bizim komandamız zəif mübarizə apardı. Sadə dillə desək, görüşü rəqibə "hədiyyə" etdik".