- Dünyanın halı
- 22 Dekabr 22:56
- 1 444
Netanyahu: İranın İsrailə qarşı istənilən hərəkətinə çox sərt cavab veriləcək
İranın son günlərdə keçirdiyi hərbi təlimlər diqqətlə izlənilir və Tehranın İsrailə qarşı atacağı istənilən addım çox sərt cavablandırılacaq.
Aznews.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu yunanıstanlı həmkarı Kiriakos Mitsotakis və Kipr Respublikasının Prezidenti Nikos Xristodulidis ilə üçtərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
"Biz bilirik ki, İran son vaxtlar təlimlər keçirir. Bunu diqqətlə izləyirik və lazım olan qiymətləndirməni aparırıq. Mən İranın başa düşməsini istəyirəm ki, İsrailə qarşı hər hansı hərəkət çox sərt cavabla qarşılanacaq", – Netanyahu vurğulayıb.
Baş nazir əlavə edib ki, İranın nüvə fəaliyyəti ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçiriləcək görüşdə müzakirə olunacaq.