- Türkiyə
- 17:43
- 853
Hakan Fidan və Yaşar Gülər sabah Pakistana rəsmi səfər edəcəklər

Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülərin gərgin işi davam edir...
Xarici İşlər Nazirliyindən verilən açıqlamada , nazir Fidanın nazir Gülərlə Pakistana səfər edəcəyi bildirilib.
Səfər çərçivəsində Fidan və Gülərin Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən qəbul ediləcəyi, Pakistan Baş nazirinin müavini və Xarici İşlər Naziri Məhəmməd İshak Dar və Quru Qoşunları Komandanı Asım Munirlə danışıqlar aparacağı gözlənilir.
Nazir Fidanın danışıqlar zamanı Türkiyənin “dost və qardaş” Pakistanla müstəsna ikitərəfli siyasi əlaqələrini təsdiqləyəcəyi və məqsədin bütün sahələrdə əlaqələri daha da gücləndirmək olduğunu bildirəcəyi gözlənilir.
Siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, ticarət, hərbi əlaqələr və müdafiə sənayesi sahələrində əməkdaşlığın da iki ölkə arasında hərəkətverici qüvvə kimi intensiv və müsbət çərçivədə irəlilədiyini qeyd edəcək Fidanın, 2025-ci ilin fevralında İslamabadda keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısından sonra görülən işlərin nəzərdən keçirilməsinin vacibliyini vurğulaması gözlənilir.
Fidanın Türkiyə ilə Pakistanın regional və qlobal məsələlərdə yaxın dialoq, koordinasiya və əməkdaşlığı davam etdirmələri lazım olduğunu, Türkiyənin bölgədə sülh və sabitliyin bərqərar olması üçün atılacaq addımlara töhfə verməyə hazır olduğunu təkrarlayaraq, Türkiyənin Pakistan və Hindistan arasında may ayında gərginliyin azaldılmasından məmnun qaldığını qeyd etməsi planlaşdırılır.
Mövsüm,
AzNews.az