- Qərb
- 9 İyul 19:00
- 1 285
Orban Avropa Komissiyasının Prezidentini vəzifəsindən getməyə çağırıb

Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının Prezidenti Ursula von der Leyeni vəzifəsindən getməyə çağırıb.
AzNews.az xəbər verir ki, Orban özünün "X" hesabında Leyeni korrupsiyaya bulaşmaqda və başqa qanunsuz əməllərdə ittiham edib.
“Sabah Avropa Parlamentində təlatümlü bir gün olacaq. Parlament üzvləri Ursula von der Leyenin gedib-getməyəcəyini təyin edəcəklər. Bu səsvermə korrupsiya skandalı ilə əlaqədar keçiriləcək. Amma hamımız bilirik ki, korrupsiya aysberqin sadəcə görünən hissəsidir. Bu səsvermə bacarıq, nəticə və Avropanın gələcəyi ilə bağlıdır”, - Macarıstanın Baş naziri qeyd edib.
O, Avropada qeyri-qanuni miqrasiyanın artması, enerji qiymətlərinin yüksəlməsi, gender ideologiyasının nəzarətdən çıxması və bu kimi digər problemlərə diqqət çəkərək Avropa Komissiyasının Prezidentini vəzifəsindən getməyə çağırıb.
Orban daha əvvəl Ursula von der Leyenin fotosunu paylaşaraq "getmək vaxtıdır" yazıb.
Qeyd edək ki, sabah Avropa Parlamentində Ursula von der Leyenlə əlaqədar etimadsızlıq səsverməsi keçiriləcək.
AzNews.az