- Qərb
- 28 İyul 15:24
- 1 916
Almaniyada qatar relsdən çıxıb: ölən və yaralananlar var

Almaniyanın Baden-Vürtemberq federal əyalətində Deutsche Bahn-a məxsus regional qatarın iki vaqonunun relsdən çıxması nəticəsində 3 nəfər ölüb, 50-yə yaxın adam yaralanıb.
Bild qəzetinin verdiyi məlumata görə, onlardan 25-ə yaxını ağır yaralanıb.
Qəza bazar günü, iyulun 27-də, saat 18:10 radələrində Riedlingen şəhəri yaxınlığında baş verib. Siqmaringendən Ulma gedən qatarda 100-ə yaxın insan olub.
Həlak olan üç nəfərdən ikisi Deutsche Bahn dəmir yolu şirkətinin işçisidir, onlardan biri qatar maşinistidir.
Mövsüm,
AzNews.az