- Qərb
- 31 Oktyabr 17:27
- 1 205
İspaniyada hərbi bazada partlayış baş verib
 
            Viatorda (Almeriya əyaləti) Alvares de Sotomayor hərbi bazasında baş verən partlayış nəticəsində azı bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb .
ABC de Almeria qəzeti bu barədə məlumat yayıb.
"Fövqəladə hallar xidmətinin mənbələri partlayışın təlim düşərgəsi ərazisində baş verdiyini təsdiqləyib", - məlumatda deyilir.
Ağır yaralıları təxliyyə etmək üçün hadisə yerinə yanğınsöndürənlər, polis, Mülki Qvardiya və helikopterlə təcili yardım göndərilib. Hadisənin səbəbi hələ müəyyən edilməyib.
Mövsüm,
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            