Ukraynada uran mədənində qəza baş verib

Ukraynanın Kirovoqrad vilayətindəki İnqul uran mədənində qəza baş verib.

Bu barədə noyabrın 12-də ölkənin Energetika Nazirliyi məlumat yayıb.

"Noyabrın 11-də Şərq Mədən Emalı Zavodunun (VostGOK) "İnqulskaya" şaxtasında qəza baş verib. Tükənmiş blokun yeraltı işlərində hidravlik dolgu materialının sıçrayışı baş verib", - departament öz Telegram kanalında bildirib.

Mədəndə 4 işçinin olduğu bildirilir. İkisi özbaşına qaça bilsə də, digərləri haqqında heç nə məlum deyil.

Mövsüm,

AzNews.az