- Qərb
- 22:15
- 1 553
Belçikada “TRUMP” adlı sağçı partiya yaradılıb
Donald Tramp effekti bütün dünyaya yayılır...
Əvvəlki Chez Nous və Belçika Milli Cəbhəsi (Cəbhə Milli) partiyalarının davamı olaraq Belçikada "TRUMP" adlı yeni sağçı populist partiya yaradılıb .
Partiyanın qurucusu Salvatore Nikotra 2029-cu ildə keçiriləcək Avropa Parlamentinə (AP) seçkilərdə yer qazanmağı hədəflədiklərini bildirib.
"Donald Tramp populizmin ən güclü simvoludur. O, demək olar ki, müdafiə etdiyimiz hər şeyi təmsil edir", - Nikotra deyib.
Partiya özünü "sağ populist" kimi təqdim edir və onun "sosial ölçüsü " də olduğunu bildirir .
TRUMP vurğulayır ki, o, Belçikada flamand separatizmini müdafiə edən Vlaams Belanqdan fərqli olaraq milli strukturun qorunub saxlanmasını dəstəkləyir.
Mövsüm,
AzNews.az