Belçikada məcburi hərbi xidmət bərpa edilə bilər

Avropa ölkələrindən birində hərbi xidmət qanunvericiliyində yeni qaydalar...

Belçika ordusunun rəisi Jan-Pol Baugnee bildirib ki, mövcud təhlükəsizlik şəraitindən asılı olaraq məcburi hərbi xidmət bərpa edilə bilər.

Milli medianın məlumatına görə, Baugnee bu variantın tamamilə istisna edilə bilməyəcəyini və təhlükəsizlik təhdidinin səviyyəsindən asılı olaraq belə bir addımın nəzərdən keçirilə biləcəyini bildirib.

Ordu komandanı vurğuladı ki, ordunun "təkcə hücuma deyil, həm də münaqişələrin qarşısını almağa hazır olması lazımdır " .

Baugnee həmçinin qeyd edib ki, gənc nəslin təhsil və intizam məsələlərinə əvvəlki nəsillərlə müqayisədə fərqli yanaşması var.

Mövsüm,

AzNews.az