- Qərb
- 26 Yanvar 22:45
- 1 409
Finlandiya körfəzində Dəniz Kosmik Monitorinq Mərkəzi yaradılacaq
Finlandiya Sərhəd Mühafizəsi Baltikyanı ölkələr və Avropa Komissiyası ilə birlikdə Finlandiya körfəzində vacib sualtı infrastrukturu qorumaq üçün Dəniz Kosmik Monitorinq Mərkəzi yaradır.
Reuters agentliyi bu barədə məlumat yayıb.
Sərhəd agentliyinin açıqlamasında deyilir: "Səlahiyyətli orqanlar ərazi sularında və eksklüziv iqtisadi zonada yaranan vəziyyətlərə müdaxilə etmək qabiliyyətinə və səlahiyyətinə malik olmalıdırlar".
Baltik dənizinin dibi boyunca uzanan elektrik kabellərinə, fiber optik xətlərinə və qaz boru kəmərlərinə bir neçə dəfə ziyan dəyməsindən sonra Baltikyanı ölkələr yüksək hazırlıq vəziyyəti elan ediblər.
Mövsüm,
AzNews.az