- Qərb
- 14:54
- 1 908
Avropalı millət vəkili: “Tramp dövrümüzün Hitleridir”
Dünya ABŞ Prezidenti Donald Trampın sosial media paylaşımlarına əsaslanan xəbərlərdə davamlı dalğalanmalarla qarşılaşır.
Milyonlarla insana təsir edən və onlarla ölkəni birbaşa hədəf alan və ya onlara ünvanlanan bəyanatlar siyasətdən iqtisadiyyata qədər demək olar ki, hər sahəyə təsir göstərir.
Bir tərəfdən Venesuelada prezident Nikolas Maduro və həyat yoldaşının qaçırıldığı əməliyyat; digər tərəfdən Danimarka ərazisi olan Qrenlandiyanın satın alınması müzakirə olunur; daha sonra Yaxın Şərqdə Qəzza sülh planı və İranda rejim əleyhinə etirazlar...
Tramp həm fərdlər, həm də ölkələr üçün həssas məsələlərə toxunan açıqlamaları ilə başlıqlar yaradır.
Bu arada, Avropa bu sərt açıqlamalar səbəbindən inanılmaz dərəcədə səbirli olub.
ABŞ-Aİ oxunda, xüsusilə Qrenlandiya ilə bağlı gərginliyin yüksək olduğu bir vaxtda bəzi Avropa siyasətçiləri açıq şəkildə narazılıqlarını bildirirlər.
İspaniyalı Avropa Parlamentinin üzvü İrene Monteronun Avropa Parlamentində Donald Trampı hədəf alan çıxışı sosial mediada trend mövzusuna çevrilib.
Monteronun gündəliyinə Trampın İrana hücum əmri verəcəyi ilə bağlı iddiaları yer alıb.
Trampı Adolf Hitlerlə müqayisə edən Montero bunları deyib:
“İranı bombalamaq və sanksiya tətbiq etmək qadınlara azadlıq gətirməyəcək. Bu, Trampa neft gətirəcək. Tramp 21-ci əsrin Hitleridir. ABŞ təcrid olunmalıdır. Bir az şərəfiniz olsun”.
Mövsüm,
AzNews.az