- Qərb
- 16:59
- 1 422
Von der Leyen Hindistanla sövdələşməni şərh edib
Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Hindistanla azad ticarət sazişinin bağlanmasını mühüm hadisə adlandırıb.
Von der Leyen X sosial media platformasında (əvvəllər Twitter) yazıb: "Bu gün Avropa və Hindistan tarix yaradır. Biz möhtəşəm bir razılaşma əldə etdik. Hər iki tərəfə fayda verəcək 2 milyard insan üçün azad ticarət zonası yaratdıq".
O, Avropanın strateji münasibətləri gücləndirmək üçün onları inkişaf etdirməyə davam edəcəyini vurğulayıb.
Mövsüm,
AzNews.az