- Qərb
- 16:26
- 1 662
Donald Tramp: İrana böyük bir dəniz qüvvəsi göndərilir
ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyətə dair açıqlama verib və bildirib ki, İran üçün “böyük donanma” hərəkətə başlayıb. Tramp sosial media hesabında yazıb:
“İran üçün böyük bir donanma yola çıxır. Çox sürətli hərəkət edir. Ümid edirəm ki, İran masaya oturacaq.”
Prezident əlavə edib ki, bu flot Venesuelaya göndəriləndən də böyükdür və Böyük təyyarədaşıyan ‘Abraham Lincoln’ gəmisinin rəhbərliyi altında fəaliyyət göstərəcək. Tramp vurğulayıb ki, bu qüvvə lazım gəldikdə sürətlə və güclə hərəkət etməyə hazırdır.
Trampın sözlərinə görə, İranın diplomatik yolla, hər kəs üçün ədalətli və haqqaniyyətli bir razılaşmaya — nüvə silahlarından imtina — getməsi ümid edilir. O, həmçinin xəbərdarlıq edib: “Zaman tükənir! Növbəti hücum daha da ciddi olacaq. Bunun təkrarlanmasına imkan verməyin.”
Bu açıqlamalar ABŞ-İran münasibətlərində gərginliyin artdığı bir dövrdə səsləndirilib və bölgədə hərbi varlığın diqqətlə izlənildiyi vurğulanıb.
Mövsüm,
AzNews.az