- Qərb
- 18:52
- 1 749
ABŞ generalı: İranın daxilinə doğru irəliləyirik
İranın indiyədək 20-dən çox hərbi gəmisi, çoxlu sayda raket və pilotsuz uçuş aparatları məhv edilib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Dan Kayne brifinqdə bildirib.
Onun sözlərinə görə, İranın ballistik raket atışlarında son sutkada 23% azalma qeydə alınıb.
“Onların kamikadze dronlarının hücum isə ilk günlərlə müqayisədə 73% azalıb”, - o bildirib.
Dan Kane müharibənin getdikcə genişləndiyi qeyd edib: “İndi biz daxilə doğru irəliləməyə başlayırıq və İran ərazisinə daha dərin zərbələr endirəcəyik”.
General ABŞ-ın İrana qarşı müharibədə 6 hərbçisini itirdiyini xatırladıb.
AzNews.az