Almaniya da İran savaşına qoşulur? - Müdafiə naziri açıqladı

ABŞ-İsrail və İran arasında müharibə 6-cı günündə tam gücü ilə davam edərkən Almaniyadan diqqətəlayiq bir açıqlama gəlib. Müdafiə naziri Boris Pistorius parlamentdəki çıxışında İrandakı hücumlarla bağlı deyib: "Almaniya bu müharibənin tərəfi deyil. Almaniya Silahlı Qüvvələri bu müharibədə iştirak etməyəcək".

Pistorius qeyd edib ki, ölkəsi regionda gərginliyin azaldılması və zorakılığın daha da yayılmasının qarşısının alınması üçün əlindən gələni edəcək.

Pistorius ABŞ və İsrailin hərəkətlərinin beynəlxalq hüquqa uyğun olub-olmadığı ilə bağlı müzakirənin vacib olduğunu bildirib və bildirib ki, sabit beynəlxalq nizam yalnız ölkələrin qanunlara riayət etməsi halında uzunmüddətli perspektivdə qorunub saxlanıla bilər.

Pistorius İran rejiminin illərdir beynəlxalq hüququ dəfələrlə pozduğunu ifadə edərək bildirib: "İsrail-Amerika hücumları İsraili məhv etməyə çalışan bir rejimə qarşı yönəlib. Bu rejim illərdir, hətta onilliklərdir ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə təzyiq və terror tətbiq edir".

AzNews.az