- Qərb
- 15:39
- 738
ABŞ Yaxın Şərqə əlavə 10 min əsgər göndərməyi planlaşdırır
ABŞ Müdafiə Nazirliyi (Pentagon) Yaxın Şərqə əlavə əsgər göndərmə seçimini masaya qoyub.
“Wall Street Journal” -ın məlumatına görə, Pentagon rəsmiləri Prezident Donald Trampa bölgədəki imkanları genişləndirmək məqsədilə təxminən 10 min əlavə əsgərin yerləşdirilməsini qiymətləndirdiklərini bildirib.
Bu əsgərlərin, hal-hazırda göndərilməsi planlaşdırılan 5 min dəniz piyadasına və 82-ci Hava Desant Diviziyasından minlərlə əsgərə əlavə olaraq bölgəyə göndəriləcəyi qeyd olunub. Hələlik bu əsgərlərin tam olaraq hansı nöqtələrə yerləşdiriləcəyi açıqlanmayıb.
Ağ Ev sözçü müavini Anna Kelly, əsgər göndərilməsinə dair bütün elanların Pentaqon tərəfindən veriləcəyini vurğulayıb və deyib:
“Prezident Trampın əmri altında bütün hərbi seçimlər hər zaman mövcuddur.”
Xatırlatmaq lazımdır ki, WSJ 24 mart tarixində Pentaqonun 82-ci Hava Desant Diviziyasından təxminən 3 min əsgəri “təcili müdaxilə qüvvəsi” çərçivəsində Yaxın Şərqə göndərməyə hazırlaşdığını xəbər vermişdi.
Mövsüm,
AzNews.az