ABŞ masada Tehrandan cavab gözləyir, sahədə İranı bombardman edir: - Trampdan yeni açıqlama

İnvestisiya sammitində iştirak etmək üçün Mayamiyə gedən Tramp hava limanında mətbuata İranla bağlı açıqlama verib.

İranı "məğlub etdiklərini" iddia edən Tramp Tehranla danışıqların davam etdiyini bildirdi.

Tramp bildirib ki, "Hazırda onlar danışır, biz də danışırıq. Onlar bizimlə razılaşmaq istəyirlər".

Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff da Mayamidə başlayan investisiya sammitində İranla bağlı açıqlama verib.

Davam edən danışıqlara toxunan Vitkoff deyib:

"Bu həftə görüşlər gözləyirik. Danışıqlara şübhəsiz ki, ümid edirik. İranlıların bir müddətdir əldə etdiyi 15 maddəlik razılaşma masadadır. Onlardan cavab gözləyirik; bu cavab hər şeyi həll edəcək."

Bu açıqlamaların verildiyi anlarda ABŞ-İsrail hücumlarının hədəfi olan İranın paytaxtı Tehranda partlayışlar baş verib. Eyni zamanda İran Atom Enerjisi Təşkilatı ABŞ-İsrail hücumları zamanı Buşehr Atom Elektrik Stansiyası ərazisinə raket zərbəsi endirildiyini açıqlayıb. ABŞ-İsrail birgə hücumlarına cavab olaraq İran mərkəzi İsrail ərazisini, əsasən paytaxt Tel-Əvivi hədəfə alıb və nəticədə bir nəfər həlak olub.

AzNews.az