- Qərb
- 08:32
- 844
Pentaqon İranda "yerüstü əməliyyatlara" hazırlaşır
Pentaqon İranda həftələrlə davam edəcək quru əməliyyatları üçün planlar hazırlayır.
Bu planlara Xarq adasına və Hörmüz boğazı yaxınlığındakı sahil ərazilərinə reydlər də daxil ola bilər.
AzNews.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Qəzetin adı açıqlanmayan rəsmilərə istinadən verdiyi məlumata görə, quru əməliyyatı tammiqyaslı işğalla bitməyəcək. Bunun əvəzinə xüsusi əməliyyat qüvvələri və adi piyada qoşunlarının basqınlarını əhatə edəcək.
Donald Tramp hələlik heç bir yerləşdirməni təsdiqləməyib.
AzNews.az