- Qərb
- 16:59
- 996
Reuters: Yunanıstanda baş verən iki atışmada beş nəfər yaralanıb
Naməlum silahlı şəxs Afina şəhərində bir-biri ilə əlaqəsi olmayan iki ayrı hücum zamanı beş nəfəri yaralayıb.
Bu barədə "Reuters" agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, “Afina şəhərində yaşlı silahlı şəxs tərəfindən törədilən iki ayrı atışma nəticəsində beş nəfər yaralanıb.”
Polisin bildirdiyinə görə, şübhəli şəxs — 89 yaşlı kişi — ov tüfəngi ilə Yunanıstanın sosial təminat agentliyinin ofisinə atəş açaraq bir əməkdaşı ayağından yaralayıb.
Daha sonra silahlı şəxs taksi ilə məhkəmə binasına gedib və orada bir neçə dəfə atəş açaraq dörd qadın məhkəmə əməkdaşını yüngül yaralayıb.
Mövsüm,
AzNews.az