- Qərb
- 11 İyun 17:45
- 3 828
Trampdan İranla bağlı sərt bəyanat: “Təslim ola bilərlər, ABŞ ən böyük gücdür”
ABŞ Prezidenti Donald Tramp “Fox” televiziyasına müsahibəsində İranla bağlı sərt bəyanatlar səsləndirib.
AzNews.az xəbər verir ki, Tramp bildirib ki, mümkün razılaşma “tarixin ən yaxşı anlaşması” ola bilər və İran tərəfi təslim olduğunu açıq şəkildə bəyan edə bilər.
“Onlar təslim olmaq üçün ağ bayraq qaldıra bilərdilər. Sadəcə ‘biz təslim oluruq’ deyə bilərdilər”, – deyə o bildirib.
Tramp əlavə edib ki, ABŞ dünyanın ən böyük gücüdür və bunu “uca səslə və açıq şəkildə” ifadə etmək lazımdır.
ABŞ Prezidenti müsahibə zamanı İranın strateji əhəmiyyətə malik Xarq adası barədə də danışıb və bu ərazinin gələcəkdə ələ keçirilməsi ehtimalını istisna etmədiyini bildirib.
“Biz onlarla danışırıq. Mən həmişə Xarq adasını ələ keçirmək variantına üstünlük vermişəm. Amma bilmirəm Amerika bunu qəbul edə bilər, ya yox”, – Tramp qeyd edib.
Onun sözlərinə görə, İran xalqı ABŞ-nin regionda mövcudluğunu müsbət qarşılaya bilər.
Tramp həmçinin iddia edib ki, İran razılaşma əldə etmək üçün “yalvarır”, eyni zamanda ABŞ-ın təzyiqləri ilə üzləşir.