- Qərb
- 11 İyun 19:44
- 2 165
İsveç daimi yaşayış icazələrini ləğv edir
İsveç parlamentində keçirilən səsvermədə sığınacaq axtaranlar və bəzi digər miqrant kateqoriyaları üçün daimi yaşayış icazələrinin ləğvini nəzərdə tutan qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.
Yeni qaydalara əsasən, 12 iyul tarixindən etibarən İsveçdə sığınacaq alan şəxslərə və müəyyən miqrant qruplarına yalnız müvəqqəti yaşayış icazəsi veriləcək.
Bununla yanaşı, dəyişikliklərin hazırda daimi yaşayış icazəsinə malik olan şəxslərə şamil edilməyəcəyi bildirilib.
Qeyd olunur ki, gələcəkdə ediləcək müraciətlərdə daimi yaşayış icazəsi almaq imkanı tamamilə aradan qaldırılacaq. Bu addım İsveçin son illərdə miqrasiya siyasətini sərtləşdirmək istiqamətində həyata keçirdiyi islahatların davamı kimi qiymətləndirilir.
Mövsüm,
AzNews.az