Fransa Azərbaycandakı "Firəng kilsələri"nin ermənilərin öz adlarına çıxmasına etiraz etməlidir Fransa Azərbaycandakı "Firəng kilsələri"nin ermənilərin öz adlarına çıxmasına etiraz etməlidir

Nikol Paşinyan niyə yenə telefonlarda qalıb?

Fransa Azərbaycandakı "Firəng kilsələri"nin ermənilərin öz adlarına çıxmasına etiraz etməlidir

Azərbaycan ordusu Zəngəzurun erməni işğalı altında qalan hissəsinə hələ girməyib. Əsgərlərimiz Azərbaycan Respublikasının rəsmi ərazisindədir.

Bəs, Nikol Paşinyan niyə yenə telefonlarda qalıb?

Paşinyanı anladıq, Fransa prezidenti Makron niyə əl-ayağa düşüb?

Həm Azərbaycanda, həm də Ermənistanda bir çox müşahidəçilər Laçın dağlarında baş verənləri Nikol Paşinyanın seçkiqabağı gedişi kimi yozurlar.

Zənnimcə, bu kifayət qədər önəmli amildir, ancaq məsələ məxsusi və birbaşa olaraq Ermənistandakı seçki prosesi ilə bağlı deyil.

Elə olsa, Nikol Paşinyan ortaya daha fərqli bir dezinformasiya buraxar və olmayan "problem"i həll edib daxili auditoriyanı inandırardı ki, bəs, filan məsələdə Azərbaycana imkan vermədim. Amma diqqət etdinizsə, Ermənistanın Baş naziri Qaragöl ətrafında yaranmış insidentlə məşğul olmağı digər məmurlara həvalə edib, özünə isə əl yeri saxlayıb.

Hazırda sərhəd insidentlərinin başlıca bir səbəbi var. Torpaqlarımız işğal altında olanda Ermənistan rəsmi sərhədlərini önə çəkib. Qış aylarında, çətin relyef və iqlim şəraitində orada sərhədlərini müəyyən etmək mümkün deyildi. Havaların isinməsi ilə Azərbaycan dövlət sərhədlərini bərpa edir və bu zaman Ermənistanın saxtakarlığı üzə çıxır. GPRS-lə aparılan dəqiqləşmələr nəticəsində erməni sərhədçiləri geri çəkilmək məcburiyyətində qalırlar. Bu cür saxta sərhədləri Ermənistan İşıqlı silsiləsində də yaradıb.

Buna paralel olaraq, Qaragöl həndəvərində sovet dövründə çəkilmiş hansı xəritənin əsas götürülməsi də prinsipial məsələdir. Çünki sovet dövründə Qaragölün bir hissəsi SSRİ hökumətinin qərarı ilə Ermənistana verilmişdi. O zaman Qaragöl və ətraf ərazilərin əsl sahibləri olaraq Laçın rayonunda yaşayan, mənim də bir nümayəndəsi olduğum Gəloxçu obasının ağsaqqalları - Çingiz Mehrəliyev və 1992-ci ildə Laçından çıxmayaraq döyüşdə şəhid olmuş İbiş Əsgərov SSRİ-nin bu qərarına qarşı ciddi müqavimət göstərmişdilər. Qaragöl Laçında ən böyük və qədim tayfa konfederasiyası olan Gəloxçuların bineyi-qədimdən yaylaq yeridir. Odur ki, SSRİ-nin gölün bir hissəsini ermənilərə ərmağan etmək barədə qərarı Gəloxçuların əsas məskəni olan Laçın rayonunun Qarıqışlaq kəndinin əhalisinin böyük hiddətinə səbəb olmuş, çomaq davası düşmüş, bizim camaat erməniləri döyərək qovmuş, bir müddət əraziyə buraxmamışdılar. Odur ki, sərhədin bu hissəsinin dəqiqləşməsi üçün daha erkən tarixə- məsələn, 1950-ci illərə- aid bir xəritə əsas götürülməlidir.

Qaragöl məsələsinin son iki gündə xüsusi qabarmasının əsl səbəbi isə odur ki, Ermənistan Azərbaycan ordusunun gerçəkdən Zəngəzura girmək ehtimalının real olduğunu bilir və qabaqlayıcı diplomatik tədbirlər görür.

İşıqlı silsiləsi oduqca yüksəkdir və o silsilədə qoyulacaq raketlər Ermənistanın əksər hissələrini, hava limanları da daxil olmaqla bir çox strateji obyektlərini nəzarətdə saxlamağa imkan verir.

Təsadüfi deyil ki, birinci Qarabağ savaşında Azərbaycan hərbi birləşmələri Ermənistana daxil olmaqla bağlı cəmi bir plan hazırlayıblar və bu planda məhz İşıqlı istiqamətindən irəliləyib Gorusu götürmək nəzərdə tutulub.

İndi isə Ermənistan başa düşür ki, Zəngəzur dəhlizini açmamaqla Azərbaycana 10 noyabr Üçtərəfli Bəyanatının bəndlərini əsgər gücünə reallaşdırmaq ixtiyarı verir.

Bu zaman Rusiya öhdəliklərin yerinə yetirilməsinə qarant tərəf olaraq keçiriləcək əməliyyata ən azı göz yummalıdır.

O ki qaldı Fransa prezidenti Makrona, bu dünyada onun ağzı ilə dovşan tutan kimsə yoxdur.

Fransa ordusu Qafqaza gələcək və girəcək deyil. Belə bir tarixi president də yoxdur. Fransızlar Qafqaza missioner kimi gəliblər, həmin missonerlərinin inşa etdiyi məbədlər "Firəng kilsələri" adlanır və hələ də Azərbaycan ərazilərində, Naxçıvanda və Zəngəzurda qalmaqdadır. Fransa ilk növbədə ona etiraz etməlidir ki, ermənilər eynilə qədim alban məbədləri kimi həmin "Firəng kilsələri"ni də öz adlarına çıxmaq istəyirlər.

Çox təəssüflər olsun ki, Fransa Qarabağ münaqişəsinin bitməsi faktı ilə barışmaq istəmir, Ermənistanı Zəngəzur dəhlizini açmamağa və yeni "status kvo" yaratmağa təhrik edir. Bu, təkcə Azərbaycana və Türkiyəyə qarşı yox, həm də Rusiyaya, bir qədər də dərinə gedəndə isə, İngiltərə, ABŞ və İsrailə həmlədir.

Bütövlükdə isə, son olaylar onu üzə çıxardıb ki, 44 günlük savaşda Ermənistan ordusu elə darmadağın olub ki, sərhədlərini kənar dəstək olmadan müdafiə etməyə belə qadir deyil.

Bəli, Ermənistan sözün bütün mənalarında qapaz altındadır, dikbaşlıq eləsə, 10 noyabrda imzaladığl kapitulyasiya aktının şərtlərini yetirməsə, "Dəmir Yumruq" eybəcər burunlarını bir də al qana boyayacaq.

Taleh ŞAHSUVARLI