Baydenin təklifinin reallaşması ən azı yaxın 10 il üçün real görünmür Baydenin təklifinin reallaşması ən azı yaxın 10 il üçün real görünmür

Baydenin ideyası Avropaya sərf edirmi?

Baydenin təklifinin reallaşması ən azı yaxın 10 il üçün real görünmür

ABŞ Prezidenti Cozef Bayden G7-dəki müttəfiqlərini Çinin “Bir kəmər bir yol” təşəbbüsünə alternativ yaratmağa çağırıb. Amma nə bir maliyyə öhdəliyi göstərib, nə də başqa konkret təklif səsləndirib.
Ümumi təklif budur ki, Qərb və Yaponiya aşağı və orta gəlirli ölkələrdə infrastruktur layihələrinin reallaşdırılmasına böyük pullar ayırsın.

Baydenin təklifinin reallaşması isə ən azı yaxın 10 il üçün real görünmür. Səbəblərini izah etməyə çalışaq.
Birincisi, alternativin yaranması Avropaya o halda sərf edər ki, yeni alternativdəki ticarətin maliyyə tutumu əvvəlkindən çox olsun. Bu isə çətin məsələdir.

Çünki Avropa İttifaqı ilə Çin arasında böyük həcmdə ticarət dövriyyəsi var, 2019-cu ildə bu rəqəm 560 milyard avro olub.
İtaliya Çinin “Bir kəmər bir yol” təşəbbüsünə qoşulub, bununla bağlı sənəd də imzalayıb.
İndiki halda təklif Almaniyaya da sərf etmir, çünki Çinə ixracda Almaniyanın böyük payı var.
Niderland (G7-yə daxil deyil) isə Çindən ən çox mal idxal edən Avropa ölkəsidir.

Fransanın Çinlə siyasi münasibətləri yaxşı olmasa da, daha az gəlirli alternativin yaranması Parisə də sərf etmir.
Avropa İttifaqından ayrılan Böyük Britaniyanın da Çinlə siyasi münasibətlərində gərginlik var, London ona vurğu edir ki, Pekin insan haqlarını pozur.

Lakin Britaniyanın da Çinlə güclü ticarət əlaqələri mövcuddur, 2019-cu ildə Birləşmiş Krallıqdan Çinə 30.7 milyard dollarlıq mal ixrac edilib, Çindən idxal isə 49 milyard dollar təşkil edib.
ABŞ liderinin yeni ideyası daha çox siyasi təzyiq elementlərini özündə ehtiva edir, siyasi münasibətlər baxımından Avropanın da Çinlə problemləri var. Bununla belə, alternativlik iqtisadi yeni iqtisadi-ticari dəhliz deməkdir, ancaq bunun daha böyük gəlirə hesablanması üçün yeni marşrutlar tapmaq çətindir.

Aqşin Kərimov