• COP29
  • 22 Yanvar 15:46
  •  5 140

Bütün seçiciləri səsverməyə çağırıram - ANAR

“Paytaxtın Nərimanov rayonunda yaşayıram və yaşadığım ərazidə seçici kimi qeydiyyatda olduğum məntəqədə səs verəcəyəm”.

Bu sözləri secki-2024.az saytına açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev fevralın 7-nə təyin olunmuş növbnədənkənar prezident seçkiləri ilə bağlı danışarkən deyib.

Prezident seçkilərinə sayılı günlərin qaldığını xatırladan AYB sədri bildirib:

“Uzun illərdən sonra ilk dəfədir ki, prezident seçkiləri ölkəmizin bütün ərazilərində - azad olunmuş şəhər və rayonlarımızda keçiriləcək. Bu, xalq olar bizim üçün qürurvericidir. Düşünürəm ki, xalqımız öz gələcəyinə doğru-düzgün səs verərək liderini seçəcək. Həmişə olduğu kimi, bu dəfə də ölkəmizdə seçkilərin demokratik, ədalətli və şəffaf keçiriləcəyinə əminəm”.

“Mən indiyə qədər ölkəmizdə keçirilən bütün seçkilərdə iştirak etmişəm. Fevralın 7-nə təyin olunan prezident seçkilərində də iştirak edib öz namizədimə səs verəcəyəm. Ona görə də seçici hüququ olan hər kəsi səs verməyə çağırıram”, - o əlavə edib.