Millət vəkili Fazil Mustafa Vladimir Putinin 95 il əvvəl Sovet Rusiyası ilə Türkiyə arasında imzalanan “1921 dostluq və əməkdaşlıq" - "Moskva müqaviləsi"nin davamı olan Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı planlarını yarızarafatla şərh edib. Millət vəkili Fazil Mustafa Vladimir Putinin 95 il əvvəl Sovet Rusiyası ilə Türkiyə arasında imzalanan “1921 dostluq və əməkdaşlıq" - "Moskva müqaviləsi"nin davamı olan Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı planlarını yarızarafatla şərh edib.

“Putinin axırına naxçıvanlılar çıxacaq” – Fazil Mustafa

Millət vəkili Fazil Mustafa Vladimir Putinin 95 il əvvəl Sovet Rusiyası ilə Türkiyə arasında imzalanan “1921 dostluq və əməkdaşlıq" - "Moskva müqaviləsi"nin davamı olan Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı planlarını yarızarafatla şərh edib.


AzNews.az xəbər verir ki, F.Mustafa Putinin bu planla Naxçıvana ilişdiyini, naxçıvanlıların onun axıra çıxacaqlarını deyib: "Rusiya prezidenti Vladimr Putin Krımı işğal edərək ABŞ və Avropaya ilişdi. ABŞ və Avropa isə bunun qarşılığında Putini ən sərt sanksiyalarla da durdura bilmədi. Ardınca Putin Suriyaya müdaxilə edərək Türkiyəyə ilişdi. Türkiyə də bunun qarşılığında Rusiyanın təyyarəsini vursa da, yenə də onun Suriyadakı vəhşətini durdura bilmədi.

İndi də Putin Qars müqaviləsini ləğv etmək variantını düzüb-qoşaraq Naxçıvana ilişmək istəyir. Deyəsən pis yerə ilişib, bu Putinin axırına ABŞ çıxa bilmədi, Türkiyə çıxa bilmədi, deyəsən sonda bu naxçıvanlılar çıxacaq".