Britaniyalı rəssam Mark Fərid başqa bir şəxsin bədəninə “daxil olacaq”. Britaniyalı rəssam Mark Fərid başqa bir şəxsin bədəninə “daxil olacaq”.

Rəssam başqa bir adamın bədəninə “daxil olacaq” - ŞOK

Britaniyalı rəssam Mark Fərid başqa bir şəxsin bədəninə “daxil olacaq”.



AzNews.az xəbər verir ki, bu ideyanın həyata keçirilməsi üçün o, internetdə 235 min dollar toplamaq fikrindədir.

Markın sözlərinə görə, o, 28 gün dalbadal virtual varlığın "paltarını" geyinəcək və bu da ona başqa bir insanın gözü və qulaqları ilə yaşamağa kömək edəcək.

Ancaq hələlik rəssamın kimin bədəninə "daxil olacağı" haqda məlumat verilmir. Markın bu namizəd üçün seçdiyi insan qeteroseksual olmalı və eynək taxmalıdır.
Mark həmin dövr ərzində yalnız uzandığı çarpayı ilə vanna otağı arasında hərəkət etməlidir. Onunla əlaqəyə isə psixoloqdan savayı heç kəs girməməlidir.
Həkim Lara Frumkin deyib ki, eksperiment dövründə gənc rəssamın şəxsiyyəti tamamilə dəyişə bilər.


Rəssamın dostlarından biri isə vurğulayıb ki, Markın eksperimentdən sonra görmə qabiliyyətini itirmə şansı böyükdür.


AzNews.az