Bakıda 2 teatrın aktyorları arasında qalmaqal yaranıb. Bakıda 2 teatrın aktyorları arasında qalmaqal yaranıb.

YUĞ teatrının aktyorları dövlət tədbirinin məşqinə niyə qatılmır?

Bakıda 2 teatrın aktyorları arasında qalmaqal yaranıb.



Akademik Milli Dram Teatrının aktyorları Dənizkənarı Milli Parkda keçiriləcək tədbirin məşqinə gəlmədiklərinə görə YUĞ teatrının aktyorlarını ittiham ediblər.

AzNews.az-a bu haqda məlumatı Akademik Milli Dram Teatrının aktyorları bildirib.

Onların sözlərinə görə, Novruz bayramı ilə əlaqədar Dənizkənarı Milli Parkda keçiriləcək tədbirə Akademik Milli Dram Teatrının 20-yə yaxın aktyoru da dəvət olunub və iki dəfə məşq prosesi keçirilib: "Bunlardan biri Dənizkənarı Milli Parkda, ikincisi isə Gənc Tamaşaçılar Teatrının səhnəsində olub. Amma siyahıda olan aktyorların bəziləri məşq prosesinə gəlməyib".

Onlar vurğulayıblar ki, məşqə gəlməyənlər YUĞ teatrının aktyorlarıdır: "Martın 1-də Dənizkənarı Milli Parkda yenə də məşqimiz var. Əgər siyahıda olan aktyorların hamısı tam heyətlə bu məşqə gəlməsə, o tədbirdə iştirakdan imtina edəcəyik. Belə ayrıçeçkilik kimə lazımdır? 60 yaşlı Mirzə Ağabəylini məşqə gətirirlərsə, YUĞ teatrında işləyən cavanları niyə gətirmirlər? Necə ola bilər ki, onlar Akademik Milli Dram Teatrının Yeni il şənliyində səhnəni ələ ala bilirlər, Novruz tədbirinin məşqinə gəlmirlər? Dram Teatrının direktorunun da Bakıda olmaması ucbatından sözümüzü heç kəsə deyə bilmirik".

Bahar RÜSTƏMLİ
AzNews.az