“Azad Azərbaycan” Televiziyasının aparıcısı İlkin Həsənli ANS Televiziyasının Mətanət Əliverdiyeva haqda hazırladığı süjetə münasibət açıqlayıb. “Azad Azərbaycan” Televiziyasının aparıcısı İlkin Həsənli ANS Televiziyasının Mətanət Əliverdiyeva haqda hazırladığı süjetə münasibət açıqlayıb.

“Getsin bozbaşını bişirsin” – 2 Televiziyanın davası qızışdı

“Azad Azərbaycan” Televiziyasının aparıcısı İlkin Həsənli ANS Televiziyasının Mətanət Əliverdiyeva haqda hazırladığı süjetə münasibət açıqlayıb.


AzNews.az xəbər verir ki, o, bu haqda özünün Facebook səhifəsində yazıb: "14 ildir ki, TV-də işləyirəm. Bu, 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir ŞƏRƏFSİZLİYİ görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiz, onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü, amma belə etməməli idiniz! Bu gün siz rəsmən ATV kanalına efir müharibəsi elan etdiniz! OK, olsun!".

ANS TV-nin əməkdaşı Ləman Ələşrəfqızının İlkin Həsəniyə cavabı isə özünü çox gözlətməyib.

O, Facebook səhifəsində belə yazıb: "Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə-şöşüyə baş qoşmaq niyyətim yox. Getsin bozbaşını bişirsin! Mən sözümü dedim. Əks-hücum da başadüşüləndir. İşinizdə olun".