23:48
(077) 610-22-33

Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlandı - Fotolar

  • >
1 626 16 May 2016 10:47 | Cəmiyyət

Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qaçamalçılıq yolu ilə gətirilən külli miqdarda siqaretlərin realizə edilməsinin qarşısını alıb.


Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Baş idarəyə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası vətəndaşına məxsus ticarət obyektində Rusiya Federasiyasından qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin realizə olunması barədə əməliyyat məlumatı daxil olub. Həmin obyektə Baş idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı Qazax rayon sakininə məxsus, üzərində hər hansı aksiz markası olmayan, eyni zamanda Rusiya, Gürcüstan, Ukrayna və Belarus dövlətlərinin aksiz markası ilə markalanankülli miqdarda xarici markalı siqaretlər aşkar edilərək götürülüb.



Faktla bağlı araşdırma aparılır.


Bağla X