00:42
(077) 610-22-33

Rasim Musayevin oğlu ilə bağlı açıqlama - “O hələ uşaqdır”

  • >
11 391 1 Fevral 2017 10:17 | Cəmiyyət

Dünən AzNews.az-da criminal.az saytına istinadən mərhum general Rasim Musayevin oğlu Tərlan Musayevin xalq artisti Firuz Əliyevin qızı ilə evlənməsi barədə xəbər dərc olunub.

AzNews.az xəbər verir ki, bu gün R.Musayevin qardaşı Oqtay Musayev “Qafqazinfo” ilə əlaqə saxlayaraq məlumatın yalan olduğunu bildirib. O.Musayev deyib ki, hətta generalın oğlunun adı da səhv yazılıb: “Generalın bir oğlu var, onun adı Tərlan yox, İslamdır. Binəqədi rayon polis idarəsində də işləmir. İslam Musayev Polis Akademiyasının 4-cü kurs tələbəsidir. O hələ uşaqdır, 20 yaşı var, 10-cu sinifdən akademiyaya qəbul olub. Evlənmək söhbəti ümumiyyətlə yalandır, İslamın hələ belə bir fikri yoxdur”.

Bağla X