14:06
(077) 610-22-33

İslamiadanın açılış və bağlanış günlərində elektrik qatarlarının hərəkət - Cədvəli

  • >
3 028 11 May 2017 10:22 | Cəmiyyət

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları zamanı dəmir yolu nəqliyyatının tənzimlənməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC sədrinin əmri ilə Tədbirlər Planı hazırlanıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, Tədbirlər Planına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində, həmçinin həmin mərasimlərin təşkili üzrə məşq (sınaq) tədbirləri günlərində saat 18.00-da saat 01.00-a qədər biletli tamaşaçıların, qonaqların, habelə müvafiq qaydada akkreditasiyadan keçmiş şəxslərin Bakı sərnişin stansiyasından Bakı Metropoliteninin “Koroğlu” stansiyasına qədər “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarının 12.05.2017-ci il tarixində açılış və 22.05.2017-ci il tarixində bağlanış mərasimi günlərində Bakı sərnişin stansiyası və “Koroğlu” dayanacağı arasında “KİSS” markalı elektrik qatarları aşağıdakı cədvəl üzrə hərəkət edəcəklər:

Bağla X