Abituriyentlər üçün imtahan ballarının hesablanması qaydası dəyişib. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. O, bildirib ki, yeni qəbul prosesində abituriyentlərin ümumi qəbul balı yenə də 700 olacaq. Lakin abituriyentlər bu maksimal balın 300-ü orta məktəblərdən buraxılış imtahanında, 400 balı isə qəbul imtahanında toplaya biləcək. Abituriyentlər üçün imtahan ballarının hesablanması qaydası dəyişib. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. O, bildirib ki, yeni qəbul prosesində abituriyentlərin ümumi qəbul balı yenə də 700 olacaq. Lakin abituriyentlər bu maksimal balın 300-ü orta məktəblərdən buraxılış imtahanında, 400 balı isə qəbul imtahanında toplaya biləcək.

Bəs, o abituriyentlərin aqibəti necə olacaq? - Məleykə Abbaszadənin yeni qəbul qaydalarında unutduğu məsələ

Abituriyentlər üçün imtahan ballarının hesablanması qaydası dəyişib. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. O, bildirib ki, yeni qəbul prosesində abituriyentlərin ümumi qəbul balı yenə də 700 olacaq. Lakin abituriyentlər bu maksimal balın 300-ü orta məktəblərdən buraxılış imtahanında, 400 balı isə qəbul imtahanında toplaya biləcək.

Ancaq bir məsələ var ki, DİM bu günə qədər aydınlıq gətirməyib. Bəs, 2019-cu ildə məzun olmayan, daha əvvəlki illərdə məzun olaraq ali məktəblərə qəbul oluna bilməyən, lakin yenidən sənəd verəcək şəxslər üçün qayda necə olacaq?

Təhsil eksperti İlkin Həsənov bu barədə AzNews.az-ın sualını cavablandırıb və bildirib ki, əvvəlki məzunların buraxılış imtahanlarını yeni kurikulum qaydaları ilə vermədiklərindən hesablanma fərqli olacaq: “Keçid dövrüdür. Fərqli nüanslar var. Yeni bir format müəyyən olunmalıdır. Ən azı bu il üçün”.
Təhsil eksperti onu da qeyd edib ki, DİM hələ bu barədə açıqlama vermədiyindən tətbiq ediləcək formatla bağlı danışmaq çətindir.

Səidə Nurməmmədli
AzNews.az