19:07
(077) 610-22-33

AMEA-da struktur dəyişikliyi olacaq

  • >
404 10 İyun 2013 14:54 | Cəmiyyət

Prezident İlham Əliyevin 2013-cü il aprelin 9-da təsdiqlədiyi "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə əlaqədar AMEA-nın Dilçilik İnstitutunda struktur dəyişikliyi ediləcək.

Bu barədə qərar iyunun 11-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin növbəti iclası zamanı qəbul olunacaq. İclasda Dövlət Proqramının icrasının həvalə olunduğu AMEA-nın Dilçilik İnstitutunun fəaliyyəti ilə bağlı digər qərarların də qəbul ediləcəyi gözlənilir.

Dilçilik İnstitutunun director əvəzi Fəxrəddin Veysəlli iyunun 11-də iclasın keçiriləcəyini bildirərək Dövlət proqramının icrası ilə bağlı iclasın olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X